"Kanadanın İrana qarşı əməliyyatda iştirakı istisna deyil"
Kanadanın Baş naziri Mark Karni ABŞ-nin İrana qarşı əməliyyatında Kanada qüvvələrinin iştirakını istisna etmədiyini, lakin hazırda belə bir planın olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Baş nazir qeyd edib ki, İran münaqişəsi Yaxın Şərqdən kənara yayıla bilər və bir çox cari hadisələr bunu göstərir. Buna görə də Kanadanın münaqişədə iştirakını qəti şəkildə istisna etmək olmaz və ölkə lazım gələrsə, müttəfiqlərini dəstəkləyəcək.
Həmçinin, dünən NATO-nun baş katibi Mark Rutte "Newsmax"a verdiyi müsahibədə bildirib ki, NATO ABŞ-nin İrana qarşı əməliyyatında kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsindən istifadə edə bilər. O, Yaxın Şərqdə gərginliyin artması fonunda blok üzvlərinin öz ərazilərini müdafiə etməyə hazır olduqlarını vurğulayıb.
Aminə ŞAHSUVARQIZI












