Dohada ABŞ səfirliyinin yaxınlığında yaşayan sakinlər təxliyə OLUNUR

 11:10 05.03.2026     208

Qətərin Daxili İşlər Nazirliyi müvəqqəti tədbir olaraq Dohadakı ABŞ səfirliyinin yaxınlığında yaşayan sakinləri təxliyə etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana zərbələr endirməyə başlayıblar və İran buna cavab olaraq bölgədəki İsrail və ABŞ hərbi bazalarına, enerji obyektlərinə, eləcə də diplomatik nümayəndəliklərə hücumlar həyata keçirir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən