Paşinyan Yaxın Şərqdəki vəziyyətdən DANIŞDI

 14:15 05.03.2026     282

Ermənistanın Baş naziri Nikol Paşinyan İran və Yaxın Şərq ətrafındakı gərginliyə toxunub və ölkənin üzləşə biləcəyi potensial risklərə cavab vermək üçün hökumətin gördüyü tədbirləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hökumət iclasından sonra jurnalistlərlə keçirilən brifinqdə Paşinyan bildirib ki, 1–1,5 il əvvəl İran və Yaxın Şərqdə vəziyyətin gərginləşmə ehtimalını qiymətləndirmək üçün Ermənistan Təhlükəsizlik Şurası tərəfindən əlaqələndirilmiş işçi qrup yaradılıb.

Baş nazir vurğulayıb:

“Biz buna dərin təəssüf hissi keçiririk və İranda, bütövlükdə regionda baş verənlər bizim üçün çox ağrılıdır, amma qeyd etməliyik ki, bu vəziyyət yeni deyil. Təhlükəsizlik Şurası tərəfindən əlaqələndirilən işçi qrup təxminən bir il yarım əvvəl yaradılıb və gündəlik, saatlıq, aylıq fəaliyyət göstərib. Biz bu vəziyyətə cavab olaraq görülməli olan tədbirləri çoxdan görmüşdük”.

Paşinyan xatırladıb ki, İran ətrafında hərbi əməliyyatlar altı ay əvvəl baş verib və oxşar hadisələrin təkrarlanacağı əvvəlcədən məlum deyildi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən