Pakistan İranla münaqişəyə cəlb olunmaq istəmir

 15:30 05.03.2026     243

Pakistan İsrail və ABŞ arasında İranla münaqişəyə cəlb olunmaq istəmir.

Redaktor.az xəbər verir ki, bu barədə Şahbaz Şərifin iqamətgahında siyasi partiyaların və parlament fraksiyalarının rəhbərləri ilə keçirilən brifinqdən sonra Pakistan hökuməti müvafiq bəyanat yayıb.

Pakistan hökuməti Baş nazir Şahbaz Şərif görüş zamanı bildirib ki, Pakistan Yaxın Şərqdə artan gərginlik fonunda ehtiyatlı mövqe tutacaq və vəziyyətin sabitləşdirilməsi üçün diplomatik səylərini davam etdirəcək.

Bəyanatda qeyd olunub ki, Pakistan hökuməti regiondakı vəziyyətin həlli yolları ilə bağlı Yaxın Şərq ölkələrinin rəhbərləri ilə məsləhətləşmələr aparır.

Bundan əvvəl Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar ABŞ və İran arasında Islamabadda baş tuta biləcək danışıqları Pakistanın dəstəkləməyə hazır olduğunu bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən