Bəhreyn İran tərəfindən buraxılan 70-dən çox raket və 100 dronun məhv ETDİ
Bəhreyn silahlı qüvvələri Tehranın ölkəyə hücumları başlayandan bəri 75 raket və 123 dronun məhv edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Bəhreynin gündəlik qəzeti "Əl-Ayam" məlumat yayıb.
Bəhreyn silahlı qüvvələri ardıcıl İran hücumlarına müqavimət göstərməyə davam etdiklərini bildirir və əhalini evdə qalmağa və yalnız zəruri məqsədlər üçün çıxmağa çağırıb.
Məlumatda deyilir: "Ballistik raketlərin və dronların mülki infrastruktur və özəl mülkiyyətə qarşı istifadəsi beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır".
Bildirilib ki, İran ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücum etmək niyyətini rəsmi olaraq açıqlayıb.
Aminə ŞAHSUVARQIZI













