İsrail İranın ballistik raket anbarına zərbə ENDİRDİ
İsrail İranın yeraltı ballistik raket saxlama məntəqəsinə və uzaqmənzilli raket buraxıcılarına zərbə endirib.
Redaktor.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin teleqram kanalında dərc olunmuş açıqlamada bildirilir:
"Zərbələrin bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri İran terrorçu rejiminin ballistik raket sisteminə məxsus infrastrukturu vurub. Vurulan hədəflər arasında İran rejiminin ballistik raketləri saxlamaq üçün istifadə etdiyi yeraltı infrastruktur obyekti və təyyarələrə qarşı istifadə üçün nəzərdə tutulmuş raketlər üçün saxlama yerləri də var idi".
Qeyd olunub ki, bir neçə uzaqmənzilli ballistik raket buraxılış qurğusu vurulub.
Aminə ŞAHSUVARQIZI













