İrandan İsrailin Ben Qurion hava limanına və hava bazasına ZƏRBƏ
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri İsrailin Ben Qurion hava limanına və aviabazasına raket zərbələri endirib.
Redaktor.az xəbər verir ki, SEPAH-ın mətbuat xidməti dövlət televiziyasına açıqlamasında bildirib:
"SEPAH Aerokosmik Qüvvələrinin 1 tonluq döyüş başlığı olan Xorrəmşəhr 4 ağır raketləri bu gün səhər saatlarında Təl-Əvivin mərkəzinə, Ben Qurion hava limanına və İsrail Hərbi Hava Qüvvələrinin bu hava limanındakı 27-ci eskadrilya bazasına doğru "Əsl Vəd 4" əməliyyatının 19-cu dalğasının bir hissəsi olaraq buraxılıb".
Bəyanatda qeyd olunur ki, raketlər dronlarla birlikdə buraxılıb və bu, onların İsrailin hava müdafiə sistemlərini keçməsinə imkan verib.
SEPAH əlavə edib ki, ABŞ və İsrailə qarşı əməliyyatların 18-ci mərhələsi zamanı Bəhreyn, BƏƏ və Küveytdəki ən azı 20 Amerika hərbi hədəfi vurulub.
Aminə ŞAHSUVARQIZI













