Fransa ABŞ-yə Yaxın Şərqdəki hərbi bazalarından istifadə etməyə icazə VERDİ

 17:25 05.03.2026     176

Fransa ABŞ-yə Yaxın Şərqdəki hərbi bazalarından müvəqqəti istifadə etməyə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Fransa Baş Qərargahının sözçüsü bildirib: "Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizin bir hissəsi olaraq, onların təyyarələrinin bazalarımızda olmasına müvəqqəti olaraq icazə verildi... Bu təyyarələr Fars körfəzindəki tərəfdaşlarımızın qorunmasında iştirak edir".

Qeyd olunur ki, konkret hərbi bazalar açıqlanmayıb. Bundan əvvəl, Böyük Britaniya da ABŞ-yə regiondakı hərbi bazalarından istifadə etməyə icazə vermişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən