İran yeni intensiv və genişmiqyaslı hücumlar elan ETDİ
İranın düşmənə qarşı zərbələrinin tempi və miqyası yaxın günlərdə artacaq.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı məlumat yayıb.
Qərargahın sözçüsü polkovnik İbrahim Zülfağırinin sözlərinə görə, ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı bir neçə cəbhədə – hava, dəniz və quru istiqamətlərində əməliyyatların intensivliyinin artırılması planlaşdırılır.
O qeyd edib ki, planlaşdırılan tədbirlər çərçivəsində regionda düşmən qüvvələrinə qarşı zərbələrin tempi və miqyası mərhələli şəkildə genişləndiriləcək.
Aminə ŞAHSUVARQIZI













