İsrail Livana yeni hücumlar həyata keçirdi

 11:08 06.03.2026     218

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı bir neçə əraziyə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Srifa, Ayta əş-Şaab, Tulin, əs-Savvana və Məcdəl Salem yaşayış məntəqələrini hədəfə alıb. İsrail həmçinin Livanın şərqində yerləşən Douris şəhərini də atəşə tutub.

Agentlik hücumlar nəticəsində yaranan dağıntıların miqyası və itkilərlə bağlı ətraflı məlumat verməyib.

Lakin Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Qərbi Bekaa bölgəsinin Labaya yaşayış məntəqəsində bir evə endirilən zərbə nəticəsində iki mülki şəxs həlak olub, üç nəfər yaralanıb. Bundan başqa, Maşqar yaşayış məntəqəsində ikisi uşaq olmaqla dörd nəfərin öldüyü bildirilib.

Eyni zamanda Hizbullah teleqramda yaydığı bəyanatda üzvlərinin Livanda İsrail qüvvələrinə hücum etdiyini açıqlayıb. Bildirilib ki, hərəkat İsrailin Qolan təpələrində yerləşən Yoav hərbi düşərgəsinə və Hayfa limanındakı dəniz bazasına da zərbələr endirib.

Hizbullah daha əvvəl Livanla mübahisəli sərhəddə yaşayan israilliləri ərazini tərk etməyə çağırmışdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən