ABŞ və İsrail İsfahan əyalətinə hava hücumu həyata keçirdi
ABŞ və İsrail qüvvələri İsfahan əyalətindəki üç rayona zərbələr endirib.
Redaktor.az xəbər verir ki, məlumat "Tasnim"ə istinadən yayımlanıb.
Bildirilib ki, zərbələr yaşayış binalarına və avtomobillərə ziyan vurub.
Həmçinin qeyd olunur ki, bir neçə mülki şəxs müxtəlif dərəcələrdə xəsarət alıb və itkilərin sayı hələ dəqiqləşdirilir.
Aminə ŞAHSUVARQIZI













