"İran düşmən ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyəcək"
İran Amerika və İsrail gəmilərinin Hörmüz boğazından keçməsinə icazə vermir.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi A Haber TV-yə müsahibəsində deyib: “İran həmişə öz təhlükəsizliyini sınaqdan keçirib. Lakin müharibə dövründə düşmənlərimiz olan ticarət və ya hərbi gəmilərin keçməsinə icazə vermirik”.
Qəribabadi həmçinin əlavə edib ki, bu müharibə İranın seçdiyi yol deyil, ölkə sadəcə özünü müdafiə edir və qonşulara qarşı deyil, aqressiv qüvvələrə qarşı vuruşur.
İslam İnqilabı Keşikçiləri Korpusu isə açıqlayıb ki, ABŞ, İsrail, Avropa və ya onların tərəfdarlarına məxsus gəmilər Hörmüz boğazında tapılarsa, “mütləq məhv ediləcəklər”.
Aminə ŞAHSUVARQIZI













