İrandakı məktəbə hücum ABŞ ordusu tərəfindən həyata keçirilib - ABŞ hərbi müstəntiqləri

 14:15 06.03.2026     273

ABŞ hərbi müstəntiqləri Minab şəhərindəki qızlar məktəbinə hücumun çox güman ki, ABŞ tərəfindən həyata keçirildiyini düşünürlər.

Redaktor.az xəbər verir ki, məlumat "Reuters" məlumat yayıb.

Agentlik mənbələrinin qeyd etdiyinə görə, bu yekun nəticə deyil və araşdırmalar davam edir. "Reuters" müstəntiqlərin bu qənaətə hansı əsasla gəldiyini müəyyən edə bilməyib və istintaqın nə qədər davam edəcəyi hələ məlum deyil.

Martın 4-də Pit Heqset ABŞ ordusunun hadisəni araşdırdığını açıqlayıb. O əlavə edib ki, ABŞ mülki hədəfləri hədəf almır.

"The New York Times" peyk görüntüləri və digər dəlilləri təhlil edərək məktəbin yaxınlığındakı İslam İnqilabı Keşikçiləri Korpusu bazalarına edilən hücumlarla eyni vaxtda vurulduğu qənaətinə gəlib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən