"Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik" - SEPAH-dan XƏBƏRDARLIQ

 11:02 07.03.2026     216

ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik.

Redaktor.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.

Bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.

“Onların gəlməsini gözləyirik”, – Naini deyib.

Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bölgədə davam edən müharibə səbəbindən gəmilərin burada hərəkəti demək olar tam dayanıb.

Vumart və Güvən reklamı Vumart Güvən