Xameneinin oğlu rəsmən İranın yeni ali lideri oldu - YENİLƏNİB

 01:46 09.03.2026     1635

Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.

Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.

Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.

1969-cu ildə İranın Məşhəd şəhərində dünyaya gələn Müctəba İranın sabiq lideri Əli Xameneinin ikinci övladıdır. O məktəbi bitirdikdən sonra ilahiyyat təhsili alıb. 1999-cu ildə Qum şəhərinin dini mərkəzində təhsilini davam etdirib.

Bir vaxtlar Qumdakı dini mərkəzdə dərs deyən Müctəba İranın sabiq prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarı olub. O, 2005 və 2009-cu il seçkilərində Əhmədinejada dəstək verib.

23:14

İranın yeni Ali Liderinin soyadı Xamenei olaraq qalacaq.

Redaktor.az xəbər verir ki, bunu Gilan əyalətinin Ekspertlər Şurasının sözçüsü Ayətullah Aşkuri "Pars Today"ə bildirib. 

O əlavə edib ki, Müctəba Xamenei böyük səs çoxluğu ilə yeni lider seçilib.

Qeyd edək ki, İran konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Şurası ölkənin Ali Liderini seçmək səlahiyyətinə malikdir. İranı 37 il idarə edən Xamenei, 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumu nəticəsində öldürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən