Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və HHM sistemləri YERLƏŞDİRDİ

 14:27 09.03.2026     492

“Bölgəmizdə baş verən son hadisələr fonunda və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kiprə 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib”.

Redaktor.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hadisələrə əsaslanan qiymətləndirmələrdən sonra zəruri hesab edilən əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən