Gürcüstanda yanacaq bahalaşdı
Dünyada neftin qiymətinin rekord səviyyədə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb.
Redaktor.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən brend yanacaqdoldurma məntəqələrində (YDM) qiymət tənzimləmələri müşahidə olunur.
Bir sıra YDM-lərdə qiymətlər 2-12 tetri arasında artıb, bəzi şəbəkələrdə isə dizel yanacağı 18 tetri bahalaşıb.
Qeyd edək ki, Gürcüstanda yanacağın qiyməti 2025-ci ilin noyabrından bir qədər aşağı düşəndən sonra dəyişməz qalırdı.













