Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir

 14:25 10.03.2026     222

Böyük Britaniya Yaxın Şərqdə mülki şəxslərin təxliyəsi üçün gəmi göndərməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Britaniyanın Kral Dəniz Donanmasının mülki dəstək bölməsinin desant gəmisi olan “RFA Lyme Bay” yüksək hazırlıq vəziyyətinə gətirilib.

Gəmi həm aviasiya platforması kimi fəaliyyət göstərə bilər, həm də tibbi avadanlıqlarla təchiz olunduğundan humanitar və fəlakət zamanı yardımı missiyaları üçün də əlverişlidir.

Vumart və Güvən reklamı Vumart Güvən