"İran ABŞ-nin güclü zərbələr təhdidlərini boş hesab edir" - Laricani

 15:14 10.03.2026     219

İran ABŞ-nin mümkün hərbi zərbələrlə bağlı təhdidlərini ciddi hesab etmir.

Redaktor.az xəbər verir ki, bu barədə İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani danışıb. 

Laricani bildirib ki, İranın Hörmüz boğazını bağlayacağı təqdirdə ABŞ-nin güclü zərbələr endirəcəyi ilə bağlı səsləndirdiyi təhdidlər Tehranda ciddi qəbul olunmur.

Onun sözlərinə görə, bu cür bəyanatlar İranı qorxutmaq məqsədi daşıyır və ölkə öz maraqlarını qorumaq üçün bütün variantları nəzərdən keçirməyə hazırdır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən