"Bu adamın barmağı nüvə düyməsindədir" - Trampı dəli ADLANDIRDI
Keçmiş ABŞ kəşfiyyat zabiti Skott Ritter prezident Donald Trampı “sözün əsl mənasında dəli” adlandırıb və vəzifəsindən getməli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Ritter X sosial media platformasında yazıb.
Məlumata görə, Ritter Trampın "Truth Social"da yayımladığı paylaşımına münasibət bildirib. Həmin paylaşımda ABŞ lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İranın yeni mənəvi lideri Müctəba Xameneinin aradan qaldırılmasında iştirak etməyə çağırıb.
Ritter qeyd edib ki, amerikalıların hazırda sahib olduğu “yeganə müdafiə” ABŞ Konstitusiyasının 25-ci düzəlişidir. Bu düzəliş prezident vəzifəsini yerinə yetirə bilmədikdə səlahiyyətlərin vitse-prezidentə ötürülməsini nəzərdə tutur.
O bildirib ki, hazırkı vitse-prezident J.D. Vens “düzgün işi görməli” və hakimiyyəti öz üzərinə götürməlidir.
“Donald Tramp sözün əsl mənasında dəli olub. Bu adamın barmağı nüvə düyməsindədir. 25-ci düzəliş bizim yeganə müdafiəmizdir. Konqres şəxsiyyət kultunu qəbul edib. J.D. Vens, düzgün olanı et”, – Ritter yazıb.
Aminə ŞAHSUVARQIZI













