Qətərdə partlayışlar baş VERDİ

 15:53 10.03.2026     306

Qətərin paytaxtı Dohada güclü partlayışlar baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, partlayışların hava hücumundan müdafiə sistemlərinin işləməsi ilə bağlı olduğu ehtimal edilir.

Doha sakinləri mobil telefonlarına təhlükəsizlik barədə bildirişlər alıblar və hakimiyyət orqanları onlara evdə qalmağı tövsiyə edib.

Xatırladaq ki, bu, Yaxın Şərq münaqişəsinin başlanmasından bəri Qətərə edilən ilk hücum deyil. Bir gün əvvəl əmirliyin Müdafiə Nazirliyi ölkəyə raket hücum cəhdinin hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunduğunu açıqlamışdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən