Tehran və Ankara Türkiyəyə raket atılmasını araşdırmaq üçün ekspert qrupu yaradacaqlar

 16:44 10.03.2026     365

Tehran Türkiyəyə raket atılması ilə bağlı iddiaları araşdırmaq üçün ekspert qrupu yaratmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan son iddiaları müzakirə etmək üçün telefon danışığı aparıblar. Bundan əvvəl isə iki ölkənin Prezidentləri Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, tərəflər iki ölkə prezidentləri arasındakı razılaşmaya əsasən, iddiaları hərtərəfli araşdırmaq üçün mümkün qədər tez bir zamanda ekspert qrupu yaratmağa razılaşıblar.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən