"İranın müharibədən sonrakı gələcəyi ABŞ-nin maraqlarına uyğun olmalıdır"
ABŞ-nin hərbi naziri Pit Heqset bildirib ki, İranın müharibədən sonrakı strukturu ABŞ-nin maraqlarını nəzərə almalı və İran raketlərinin yaratdığı təhlükəni, həmçinin mümkün nüvə şantajını aradan qaldırmalıdır.
Redaktor.az xəbər verir ki, Heqset bunu “Epik Qəzəb” əməliyyatının gedişatı ilə bağlı mətbuat konfransında açıqlayıb.
O qeyd edib ki, ABŞ nüvə şantajı və ya amerikalıları, həmçinin Yaxın Şərqdəki müttəfiqlərini hədəf ala biləcək raket təhdidi altında yaşamayacaq.
Heqsetin sözlərinə görə, bu yanaşma ABŞ və İsrailin İrana qarşı əməliyyatında hədəf seçiminin əsasını izah edir.
Aminə ŞAHSUVARQIZI













