Müharibə başlayandan bəri İranda 200-dən çox qadın və uşaq həlak olub

 17:25 10.03.2026     222

İran hökumətinin sözçüsü Fatimə Mühacərani bildirib ki, ABŞ-İsrail müharibəsinin başlanmasından bəri İranda ölənlərin sayı 1332 nəfərə çatıb, onlardan 206-sı qadın və uşaqdır.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Hökumət sözçüsü həmçinin bildirib ki, zərbələr nəticəsində onlarla tibb mərkəzinə hücum edilib.

"Reuters" agentliyinin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyəti əvvəllər 1230 ölüm hadisəsi barədə məlumat vermişdi.

İran ordusu ötən həftə Şri-Lanka sahillərində ABŞ sualtı qayığı tərəfindən İran hərbi gəmisinin batırılması nəticəsində ən azı 104 nəfərin öldüyünü iddia etsə də, bu rəqəm Qızıl Aypara məlumatına daxil edilməyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb və Tehranı raket və nüvə proqramı hazırlamaqda ittiham edib. İran ittihamları rədd edir və İsrailə, eləcə də regiondakı enerji obyektlərinə və ABŞ hərbi bazalarına zərbələr endirməklə cavab verir.

İsrail İranın zərbələri nəticəsində 10-dan çox insanın öldüyünü, həmçinin yeddi Amerika əsgərinin həlak olduğunu bildirib. Yaxın Şərq ölkələri ümumilikdə təxminən 25 nəfərin öldüyünü açıqlayıb. İsrailin Livanda Hizbullah hərəkatına qarşı zərbələri nəticəsində ölənlərin sayı isə 400-ə çatıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən