İranın yeni "Əsl Vəd 4" əməliyyatı dalğası ən güclüsü olub - KİV

 09:54 11.03.2026     250

İran İsrail və ABŞ hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası "Islamic Republic of Iran Broadcasting" məlumat yayıb.

Məlumata görə, zərbələr İranın həyata keçirdiyi “Əsl Vəd IV” əməliyyatının 37-ci dalğası çərçivəsində endirilib. Bildirilir ki, bölgənin bombalanması ən azı üç saat davam edib və bu, münaqişənin kəskinləşməsindən bəri ən böyük hücumlardan biri olub.

Telekanalın məlumatına əsasən, Tehran hücum zamanı “Xorrəmşəhr” tipli super ağır raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib. Hədəflər arasında Təl-Əviv yaxınlığında yerləşən peyk rabitə mərkəzi, həmçinin Hayfa və Yerusəlim şəhərlərindəki hərbi obyektlərin olduğu bildirilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən