Makron Yaxın Şərqdəki vəziyyəti G7 liderləri ilə müzakirə edəcək

 13:37 11.03.2026     159

Fransa G7 liderləri ilə Yaxın Şərqdəki enerji vəziyyətini müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, "Agence France-Presse" agentliyi məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makron martın 11-də G7 liderləri ilə videokonfrans keçirərək Yaxın Şərqdəki vəziyyəti və onun enerji bazarlarına təsirini müzakirə edəcək.

Fransa Prezident aparatının açıqlamasında deyilir: "Danışıqlar enerji vəziyyəti və onun aradan qaldırılması üçün tədbirlərə yönələcək".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən