Ermənistanın Baş naziri Strasburqda səfərdədir

 14:42 11.03.2026     266

Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqa səfərə yollanıb.

Redaktor.az xəbər verir ki, xarici KİV məlumat yayıb.

Məlumata görə, onu hava limanında Avropa Parlamentinin vitse-prezidenti, Sosial Demokrat Partiyasının üzvü Kristel Xaldemoz qarşılayıb.

Bildirilib ki, səfər çərçivəsində Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edəcək.

Səfər zamanı Ermənistanın baş naziri həmçinin Roberta Metsola ilə də görüşəcək.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən