İrandakı qızlar məktəbi “Tomahawk” raketi ilə vurulub - Bəqai

 11:56 12.03.2026     204

İranın Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən zərbənin iki ABŞ istehsalı “Tomahawk” qanadlı raketi ilə həyata keçirildiyi iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, hücumun məqsədi maksimum sayda itkiyə səbəb olmaq olub. O iddia edib ki, raket zərbəsi nəticəsində mülki əhali arasında təxminən 170 nəfər həyatını itirib və onların böyük hissəsini uşaqlar təşkil edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən