İranın zərbələri nəticəsində İsraildə yaralananların son statistikası AÇIQLANDI

 11:59 12.03.2026     186

Sn 24 saat ərzində İranın zərbələri nəticəsində 179 nəfər zərər çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Sutka ərzində, çərşənbə günü saat 07:00-dan cümə axşamı günü saat 07:00-dək xəstəxanalara 179 zərərçəkən daxil olub, o cümlədən dörd nəfər orta ağırlıq dərəcəsində, 157 nəfər yüngül xəsarətlərlə və 18 nəfər ağır sinir şoku vəziyyətində", - açıqlamada deyilir.

Həmçinin qeyd olunur ki, müharibənin başlanğıcından İsraildə zərərçəkənlərin ümumi sayı 2 745 nəfərə çatıb.

"Onlardan 85 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 11 nəfər ağır vəziyyətdə, 10 nəfər orta ağırlıq dərəcəsində, 64 nəfərin vəziyyəti yüngül olaraq müəyyən edilib", - Səhiyyə Nazirliyi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən