"İran müharibəni davam etdirmək istəmir" - Pezeşkian

 08:23 13.03.2026     352

“Müharibəni İran başlamayıb və davam etdirmək istəmir”.

Redaktor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, İran müharibənin tərəfdarı deyil, lakin özünümüdafiə hüququ çərçivəsində addımlar atır.

“İran müharibəni başlatmadı və davam etdirmək istəmir. Lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan ABŞ-nin bölgədəki bazaları hədəfə alınıb”, – deyə Pezeşkian vurğulayıb.

İran Prezidentinin sözlərinə görə, Tehran regionda qeyri-sabitlik yaratmaq niyyətində deyil və bu baxımdan BRICS ölkələrinin regional sülh, sabitlik və təhlükəsizliyin qorunmasında daha fəal rol oynaması vacibdir.

Vumart və Güvən reklamı Vumart Güvən