İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv EDİLDİ - YENİLƏNİB
İrandan Türkiyə istiqamətində buraxılan daha bir raket Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin hava səmasına daxil olan İrandan atılmış ballistik raket Şərqi Aralıq dənizində NATO HHM sistemləri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, gecə saatlarında Adanada, Batmanda və Diyarbəkirdə ballistik raketin zərərsizləşdirildiyi an bir çox vətəndaş tərəfindən müşahidə edilib.
***
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi mənbələrə əsasən məlumat yayıb.
Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur:
“Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”, - deyə bildirilib.













