"İran rəsmilərini öldürmək böyük bir şərəfdir!" - Tramp
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə qarşı hərbi əməliyyatlarla bağlı sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial media platformasında paylaşım edib.
Tramp paylaşımında “İranın terrorçu rejimi”nin üzvlərini öldürməyi prezident kimi “böyük şərəf” adlandırıb.
Onun sözlərinə görə, ABŞ ordusu hazırda İran rejimini tamamilə məhv edir və ABŞ-nin qalib gəlmədiyini düşünmək səhvdir.
ABŞ lideri bildirib ki, Amerika qüvvələri İran donanmasını, hava qüvvələrini, raket və dronlarını, eləcə də İran rəhbərliyini hədəfə alır.
“Baxın bu dəli alçaqların başına nə gəlir. Onlar 47 ildir ki, dünyanın hər yerində günahsız insanları öldürürlər və indi mən, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti kimi, onları öldürmək hüququna malikəm. Bu, necə də böyük bir şərəfdir!”, – deyə Tramp yazıb.
Aminə ŞAHSUVARQIZI













