“Mən bununla maraqlanmıram” - Tramp Nobel Sülh Mükafatından DANIŞDI

 14:58 13.03.2026     187

ABŞ Prezidenti Donald Tramp artıq Nobel Sülh Mükafatını qazanmaqda maraqlı olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Tramp bu açıqlamanı “Washington Examiner” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Nobel Sülh Mükafatı barədə danışarkən o, “Mən bununla maraqlanmıram”,- deyə bildirib.

Qeyd edək ki, yanvar ayında Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Trampı Nobel Sülh Mükafatına namizəd kimi təqdim edib. Maçado hesab edir ki, Tramp 2025-ci ilin laureatı ola bilər.

Tramp daha əvvəl 2025-ci ildə bu mükafatı almaq istədiyini gizlətməyərək “səkkiz müharibəni dayandırdığı” üçün buna layiq olduğunu bildirmişdi.

Məlumata görə, 2026-cı ilin əvvəlində ABŞ qüvvələri Prezident Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün Venesuelada xüsusi əməliyyat həyata keçirib. Fevralın sonlarında isə ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən