"ABŞ gələn həftə İrana çox güclü zərbələr endirəcək" - Tramp
ABŞ Prezidenti Donald Tramp İran ərazisinə yeni zərbələrin endiriləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
“Növbəti həftə ərzində onlara qarşı çox güclü zərbələr endirəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, İslam Respublikası artıq ciddi ziyan görüb. Onun sözlərinə görə, İranın dağıdılmış binalarını və infrastrukturunu bərpa etməsi uzun zaman tələb edəcək.
Ağ Evin yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, İranda məhv edilmiş obyektlərin yenidən qurulması “illərlə” davam edə bilər.
Aminə ŞAHSUVARQIZI













