Bir ölkəyə Hörmüz boğazından təhlükəsiz keçid VERİLƏCƏK
İrana görə Hindistana Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Hindistandakı səfiri Fəthali RT-yə açıqlama verib: “Bəli. Bunu gələcəkdə, iki-üç saatdan sonra görəcəksiniz”.
Martın 13-də İranın Rusiyadakı səfiri Kazım Cəlali Fransa Prezidenti Emmanuel Makronun boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq ideyasını şərh edərkən bildirib ki, Tehran Hörmüz boğazının təhlükəsizliyini regiondan kənar qüvvələr tərəfindən təmin etməyə qarşıdır.
Aminə ŞAHSUVARQIZI













