“Ukrayna üzrə danışıqlar “Santa Barbara”ya bənzəyir” - Zelenski

 09:46 14.03.2026     403

Ukrayna üzrə sülh danışıqları artıq “Santa Barbara” serialına bənzəyir.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə fonunda danışıqlar prosesi daha da mürəkkəbləşib.

“Amerikalılar görüşə hazır olduqlarını deyiblər, lakin yalnız ABŞ-da. Çünki müharibə və təhlükəsizliklə bağlı vəziyyət onların hazırda ölkə ərazisini tərk etməsinə imkan vermir”, – deyə Zelenski bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən