"ABŞ və İsrailin İranla bağlı mövqeləri üst-üstə düşməyə bilər" - Tramp

 15:42 14.03.2026     353

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və İsrailin İrana qarşı yönəlmiş əməliyyatlarda fərqli mövqelərə sahib ola biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Media nümayəndələrinin Vaşinqton və Təl-Əvivin məqsədlərinin üst-üstə düşüb-düşməməsi ilə bağlı sualını cavablandırarkən o deyib:

"Zənnimcə, bunlar bir qədər fərqlənə bilər".

Tramp uzlaşmayan mövqelərin təfərrüatı və mahiyyəti barədə geniş məlumat verməkdən çəkinib.

Vumart və Güvən reklamı Vumart Güvən