“Heç bir nüvə obyektinə hücum edilməməlidir” - Qrossi
Buşehr Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət narahatlıq doğurur.
Redaktor.az xəbər verir ki, bu barədə Rafael Grossi Kommersant qəzetinə verdiyi müsahibədə danışıb.
Beynəlxalq Atom Enerjisinin (BAEA) baş direktoru bildirib ki, hazırda Buşehr Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət Yaxın Şərqdəki münaqişə səbəbindən əsas narahatlıq doğuran məsələlərdən biridir.
“Bir daha vurğulamaq istəyirəm: heç bir nüvə obyektinə hücum edilməməlidir”, – deyə o qeyd edib.
Qrossi əlavə edib ki, bu vəziyyətdə əsas diqqət mümkün hücumların potensial nəticələrinə yönəlməlidir.
Onun sözlərinə görə, indiyədək hücumlar əsasən nüvə təhlükəsizliyi baxımından məhdud risklərlə əlaqəli obyektləri hədəf alıb.
Aminə ŞAHSUVARQIZI













