Lavrov ABŞ və İsrailin İrana qarşı hərəkətlərini “təhriksiz təcavüz” ADLANDIRDI
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İranla bağlı hesablamalarında yanıldıqlarını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Lavrov Keniyanın xarici işlər naziri Musalia Mudavadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında çıxış edərək bildirib ki, ABŞ və İsrail 24 saat ərzində İranı tam şəkildə tabe edə biləcəklərini düşünürdülər.
Nazirin sözlərinə görə, əgər onlar bu dövləti bir gün və ya bir neçə saat ərzində fəth etməyi planlaşdırırdılarsa, indi nə qədər yanıldıqlarını anlayırlar.
Rusiyalı diplomat ABŞ və İsrailin İrana qarşı hərəkətlərini “təhriksiz təcavüz” adlandırıb və qeyd edib ki, bu addımlar cavabsız qala bilməz.
Lavrov həmçinin bildirib ki, Rusiya lazım gələrsə, İran ətrafındakı vəziyyətin tənzimlənməsində vasitəçi kimi çıxış etməyə hazırdır. O vurğulayıb ki, Moskva hərbi əməliyyatların dərhal dayandırılmasını və siyasi həll yolunun tapılmasını dəstəkləyir.
Aminə ŞAHSUVARQIZI













