ABŞ müttəfiqlərindən Hörmüz boğazında hərəkətləri artırmalarını istəyir

 17:19 16.03.2026     208

Ağ Ev NATO müttəfiqlərini və ərəb tərəfdaşlarını Hörmüz boğazının açılması üçün fəal addımlar atmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livit "Fox News" kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ hazırda Avropa, Fars körfəzi və ərəb dünyasındakı tərəfdaşları ilə bu məsələ ətrafında danışıqlar aparır. Vaşinqton müttəfiqlərini Hörmüz boğazında gəmiçiliyin bərpası üçün səylərini artırmağa və daha fəal mövqe tutmağa çağırır.

Livit vurğulayıb ki, NATO müttəfiqləri bu istiqamətdə daha çox addım atmalıdır.

“NATO müttəfiqlərimiz əvvəlcə öz səylərini gücləndirməlidirlər”, – deyə o qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən