ABŞ və İsrail hücumları 61 min mülki obyektə ziyan vurub - İran hökuməti

 17:29 16.03.2026     271

İranda ABŞ və İsrailin zərbələri nəticəsində 61 mindən çox mülki obyektə ziyan dəydiyi bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fateme Moxacerani brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə ümumilikdə 61 182 mülki obyekt zərər görüb.

“Ölkə ərazisində 61 182 mülki obyektə ziyan dəyib. Təkcə Tehranda 18 180 yaşayış və kommersiya binası zərər görüb”, – deyə o bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin İranın Xark adasındakı bütün hərbi obyektlərinə güclü zərbə endirdiyini açıqlamışdı. Onun sözlərinə görə, adadakı neft infrastrukturu qəsdən hədəfə alınmayıb. Lakin İran Hörmüz boğazından gəmilərin sərbəst və təhlükəsiz keçidinə mane olacağı halda bu qərarın yenidən nəzərdən keçirilə biləcəyi vurğulanıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən