Kubada işıq bərpa edildi - YENİLƏNİB
Kuba milli elektrik şəbəkəsinin bərpası üzrə işlər aparır.
Redaktor.az bu barədə Kubanın Moskvadakı səfirliyinə istinadla xəbər verir.
Diplomatik idarənin məlumatına görə, “milli elektrik sisteminin bərpası üçün işlər görülür”.
***
Kubada elektrik enerjisinin tamamilə kəsilməsi baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, dövlətə məxsus elektrik şəbəkəsi operatoru UNE 16 mart tarixində kəsintiyə dair açıqlama verib.
Məlumata görə, adanın təxminən 10 milyon əhalisi hazırda elektriksiz qalıb. UNE bildirib ki, “hazırda elektrik təchizatının bərpası üçün tədbirlər görülür”.
Əlavə olaraq, "Reuters" qeyd edir ki, Kubada əvvəllər də elektrik kəsintiləri baş verib və bəzi hallarda vətəndaşlar bir neçə gün elektriksiz qalıblar.
Qeyd olunub ki, 14 və 15 mart həftəsonu ölkə daxilində etirazlar keçirilib və bəzi yerlərdə bu etirazlar küçə iğtişaşlarına çevrilib.
Aminə ŞAHSUVARQIZI













