Tramp yenə narazıdır...

 12:43 17.03.2026     267

ABŞ Prezidenti bəzi müttəfiqlərinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dəstək verməməsindən təəssüfləndiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu Donald Tramp tərəfindən Ağ Evdə keçirilən brifinq zamanı verilib və çıxışın videosu "LiveNOW from Fox" kanalında yayımlanıb.

Tramp bildirib ki, Yaponiyada 45.000, Cənubi Koreyada 45.000 və Almaniyada 45–50.000 ABŞ əsgəri yerləşdirilib. O qeyd edib ki, ABŞ bütün bu ölkələri müdafiə edir, lakin bəzi hallarda minaaxtaran gəmilərin təmin olunmasında bu ölkələr kənara çəkilib.

“Biz NATO-ya digər ölkələri qorumaq üçün trilyonlarla dollar xərcləmişik və mən həmişə demişəm ki, əgər bizi qorumaq məsələsi gələrsə, onlar kömək etməyəcəklər. Onların çoxu bizimlə olmayacaq. Və ölkəmiz daha ağıllı düşünməyə başlamalıdır”, – deyə o əlavə edib.

ABŞ Prezidenti “müəyyən ölkələrin” onu “çox məyus etdiyini” vurğulayıb, lakin adlarını çəkməyib, ancaq NATO müttəfiqlərinə işarə etdiyi qeyd olunub.

Qeyd edək ki, NHK Pentaqonla əlaqə saxlayaraq Trampın verdiyi rəqəmləri yoxlayıb və rəsmi məlumatlara görə, Yaponiyada 50.000, Cənubi Koreyada 28.500, Almaniyada isə 35.000 ABŞ əsgərinin yerləşdirildiyi bildirilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən