İranda yüzlərlə Starlink cihazı müsadirə EDİLDİ
İranın Kəşfiyyat Nazirliyi ABŞ və İsrail tərəfindən ölkəyə göndərilən yüzlərlə Starlink peyk internet cihazının müsadirə olunduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb .
Bəyanatda deyilir: "Amerika-sionist düşmən tərəfindən göndərilən yüzlərlə Starlink cihazı ölkənin müxtəlif yerlərində aşkar edilərək müsadirə edilib".
Agentlik xatırladıb ki, İranda Starlink terminallarına sahib olmaq qanunsuzdur və uzunmüddətli həbs cəzasına səbəb ola bilər.
Aminə ŞAHSUVARQIZI













