İsrailin hava zərbəsi nəticəsində Laricaninin oğlu öldürüldü

 23:29 17.03.2026     295

İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində İranın yüksəkrütbəli təhlükəsizlik rəsmisi Əli Laricaninin oğlu həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Bildirilib ki, hava hücumu zamanı Laricaninin Milli Təhlükəsizlik üzrə Ali Şurasındakı müavini Əli Bateni və onun xüsusi köməkçisi olan oğlu həlak olublar.

Məlumata görə, eyni hücum zamanı İranın "Bəsic" təşkilatının rəhbər müavinlərindən biri olan Qasım Qureyşi də öldürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən