Səudiyyə Ərəbistanında üç dron zərərsizləşdirildi

 10:12 18.03.2026     171

Səudiyyə Ərəbistanının hava məkanında üç dron zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının hava məkanında peyda olan üç pilotsuz uçuş aparatı ələ keçirilib.

“Armenpress” agentliyi “Əl-Cəzirə”yə istinadən bildirir ki, hadisə nazirliyin daha əvvəl ballistik raketin zərərsizləşdirilməsi ilə bağlı açıqlamasından bir neçə saat sonra baş verib.

Qeyd olunub ki, həmin raketin qəlpələri Şahzadə Sultan Hava Bazasının yaxınlığında düşsə də, hər hansı zərər qeydə alınmayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən