"Bizə belə insanlar lazım deyil" - Tramp

 11:26 18.03.2026     195

ABŞ-də yüksək vəzifəli məmurun istefası müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, “CNN” telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kentin istefasını şərh edərək ondan narazılığını ifadə edib.

Tramp bildirib ki, İranı təhlükə hesab etməyən şəxslərlə işləmək istəmir: “Bizimlə işləyən biri İranın təhlükə olduğunu düşünmədiyini deyəndə, bizə belə insanlar lazım deyil... Onlar ağıllı deyillər. Onlar irəliyə baxan deyillər”.

“Armenpress” agentliyinin məlumatına görə, Tramp tərəfindən təyin edilmiş Co Kent martın 17-də istefa verdiyini açıqlayıb və ABŞ administrasiyasının İrana qarşı başlatdığı müharibədən narazılığını bildirib.

Keçmiş direktor istefa məktubunu sosial şəbəkədə paylaşaraq qeyd edib ki, İrana qarşı davam edən müharibəni vicdanı ilə dəstəkləyə bilmir və Tehranı ABŞ üçün təcili təhlükə hesab etmir.

“CNN” vurğulayır ki, bu hadisə ABŞ-nin İrana qarşı müharibəsinin başlanmasından bəri ən səs-küylü istefalardan biri kimi qiymətləndirilir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən