"İran atəşkəsə deyil, yalnız ABŞ ilə müharibənin bitməsinə inanır" - Əraqçi
İran ABŞ-lə münaqişənin tamamilə bitəcəyinə inanır.
Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Diplomat izah edib ki, İran yalnız atəşkəsə deyil, bütün cəbhələrdə müharibənin tamamilə bitməsinə inanır. Onun sözlərinə görə, ABŞ və İran arasındakı münaqişənin qəti həlli Yaxın Şərqdə sülhün möhkəmlənməsinə xidmət edəcək.
Əraqçi əlavə edib ki, region sabit olmalı, sülh, inkişaf və tərəqqi ilə xarakterizə olunmalıdır. Həmin müsahibədə o, İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçi rolunu oynaya biləcək ölkələrin adlarını da açıqlayıb.
Aminə ŞAHSUVARQIZI













