Merz Avropa Birliyindən narazılığını ifadə ETDİ

 12:06 18.03.2026     275

Almaniya kansleri Fridrix Merz Avropa Birliyindən narazılığını ifadə edib və daha müstəqil siyasət yürütməyi müdafiə edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Merz Aİ bürokratiyasını tənqid edir və bunun Almaniya iqtisadiyyatının geridə qalmasına səbəb olduğunu düşünür. Kansler bəzi məsələlərdə ümumavropa konsensusuna tabe olmadan hərəkət etməyin vacibliyini də vurğulayıb.

Agentlik qeyd edib ki, Merzin mövqeyi xüsusilə Vaşinqton səfəri zamanı ABŞ Prezidenti Donald Trampın Aİ müttəfiqini müdafiə etmədən İspaniyaya qarşı tənqidlərini dəstəklədiyi vaxt daha aydın görünüb.

Həmçinin, İranla bağlı münaqişə və transatlantik münasibətlərdəki dəyişikliklər fonunda milli hökumətlər və Aİ qurumları arasında gərginlik artıb. Merz ölkə daxilində populyarlığının azalması və müxalifətin siyasi təzyiqi ilə də üzləşir ki, bu da onun Avropa Birliyinə münasibətinə təsir göstərir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən