Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimi keçiriləcək

 12:49 18.03.2026     168

Gürcüstanın Katolikos-Patriarxı II İlya vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Gürcüstan Pravoslav Kilsəsinin Primatı 17 martda 93 yaşında dünyasını dəyişib. Gürcüstan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölümün səbəbi çoxsaylı orqan çatışmazlığı olub.

Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Yaqmaidze bildirib ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya onun Tbilisidəki Sioni Katedralında dəfn edilməsi barədə əmr verib, lakin son qərar Müqəddəs Sinodun səlahiyyətindədir.

Yaqmaidze əlavə edib ki, Sinod yepiskopun dəfn mərasiminin tarixini və təfərrüatlarını müzakirə etmək üçün toplaşacaq. Müzakirələr başa çatdıqdan sonra patriarxın cənazəsi Tbilisidəki Müqəddəs Üçlük Katedralına aparılacaq.

Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfat ilə bağlı İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən